28.06.2025, 01:14
AZ EN
03.10.2023, 14:42 309

Elxan Şahinoğlu: "ABŞ və Fransa bu problemi necə həll edəcəklər"

YAZILAR

"ABŞ və Fransadakı ermənipərəst dairələrin Ermənistana siyasi dəstəkləri davam edərkən, həmin mərkəzlər bu ölkənin üzləşəcəyi iqtisadi problemlərinə necə yardım edəcəkləri barədə fikir bildirmirlər". Bunu siyasi şərhçi Elxan Şahinoğlu yazıb. O, qeyd edib ki, Ermənistandan Rusiyaya gedən 60-a yaxın konyakla dolu yük maşını gömrükdə növbə gözləyir: "Aydındır ki, Kreml bu yolla Ermənistan hökumətini Rusiya əleyhinə açıqlamalarına və siyasətinə görə cəzalandırır. ABŞ və Fransa bu konyakları öz bazarlarına buraxmağa hazırdırmı? Və ya Rusiya Ermənistana ucuz qaz satmaqdan imtina edərsə, ABŞ və Fransa bu problemi necə həll edəcəklər?", - deyə politoloq vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər