Ekspert daha sonra əlavə edib ki, siyasətçilərimiz danışıqlar aparsın, diplomatlarımız alternativ həll variantlarını axtarsın, Əsgərimiz də düşmən təxribatlarına ağrılı-acılı nəticələrlə müşaiyət olunan cavablar versin: "Əgər Ermənistan sülh və delimitasiya istəməyib 1975-ci ilin xəritəsindən yapışacaqsa, o zaman sülh bizə də lazım olmayacaq. Delimitasiyanı isə daha əvvəl olduğu kimi, tarixi torpaqlarımızın lazım bildiyimiz ərazilərindən keçirəcəyik. Təhlükəsizlik konsepsiyası süquta uğrayan Ermənistan bu proseslərə müdaxilə etmək imkanına malik deyil. Sülhün alternativi müharibədir, amma nüharibə aparmaq fərari ordusunun imkanları xaricindədir. Ermənistanın real döyüş potensialı hazırda 2-3 günlük lokal toqquşmalardan artıq fəaliyyətlər üçün yetərli deyil", - deyə Ə.Verdiyev bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ