Avropa İttifaqı Ukraynadan 3,8 milyon qaçqını qəbul edib. Bunu Avropa İttifaqının daxili işlər üzrə komissarı Ylva Yohansson mətbuat konfransında bildirib.
“Biz Ukraynadan Avropa İttifaqında 3,8 milyon qaçqını qəbul etmişik”,- deyən Ylva Yohanssonun sözlərinə görə, onlar Ukrayna ilə həmsərhəd ölkələrə gəliblər. Lakin bir milyondan çox insan digər ölkələrə gedib. O, hazırda gündəlik gələnlərin sayının azaldığını qeyd edib. (APA)