27.06.2025, 18:51
AZ EN
09.03.2024, 13:49 236

Türkiyəyə "F-16"ların tədarükü ilə bağlı proses başlayıb

XƏBƏRLƏR
  • Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin Türkiyəyə "F-16" qırıcılarının tədarükü ilə bağlı prosesi başlatdığını açıqlayıb.

Fidan bu barədə Vaşinqtona səfəri çərçivəsində türkiyəli jurnalistlərə açıqlamasında deyib.

Türkiyəli nazir Bayden administrasiyasının Türkiyəyə "F-16" qırıcılarının tədarükü ilə bağlı qərar qəbul edərək, Konqresi bu barədə məlumatlandırdığını, hazırda qırıcıların istehsalı və təhvil verilməsi ilə bağlı texniki proseslərin başladığını bildirib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək, Ankaraya "F-16" satışını təsdiqləməyə çağırıb.

Daha sonra ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud "F-16"ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib. (Trend)

Oxşar xəbərlər