Tədbirdə çıxış edənlər Bayram Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edib, onun Azərbaycanın ordu quruculuğunda, ölkəmizin beynəlxalq tədbirlərdə təmsil olunmasında, həmçinin gənc hərbiçilərin formalaşmasında göstərdiyi müstəsna xidmətləri vurğulayıblar. Qeyd olunub ki, məhz B.Məmmədov bu cür xidmətlərinə görə dövlətimizin başçısı tərəfindən "Əməkdar müəllim" fəxri adına layiq görülüb.
Sonra şairə Nazlı Cəlilli yubilyara həsr etdiyi şeiri oxuyub.
Tədbirdə yubilyara təşkilatın fəxri üzvlük vəsiqəsi də təqdim edilib. (AZERTAC)