Bu barədə Moldova Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, həmçinin bu müddət ərzində Moldovanın Miqrasiya və Sığınacaq İdarəsinə 7700-dən çox müraciət daxil olub və onların 88 faizi Ukraynadan olan qaçqınlar tərəfindən verilib.
Moldova hökuməti ölkədə qalan Ukrayna vətəndaşlarına kömək etmək üçün lazım olan addımlar atır. (AZƏRTAC)