27.06.2025, 05:51
AZ EN
06.06.2022, 11:46 448

Müxalif deputatlar cəzalandırılacaq

XƏBƏRLƏR

«Lurer» və «Hraparak» informasiya agentliklərinin iyunun 6-da yaydıqları xəbərə görə, iyunun 9-da saat 11-də Ermənistan konstitusiyasının 100-cü maddəsinə və «Milli məclisin nizamnaməsi»nin 41-ci maddəsinə əsasən hökumətin təşəbbüsü ilə parlamentin növbədənkənar iclası keçiriləcəkdir. Mövcud qanuna əsasən həmin iclasda yalnız iclasın çağırılmasının təşəbbüskarının, - yəni hökumətin təqdim etdiyi məsələlər müzakirə olunacaqdır. Bu xəbərlə bağlı şərh bildirən ekspertlərin çoxu belə fikirdədir ki, həmin iclasda bir sıra sosial-iqtisadi məsələlərlə yanaşı deputatların parlamentdəki davamiyyət məsələsinə də baxılacaq və artıq 2 aydan çoxdur ki, qanunverici orqanın iclaslarında iştirak etməyən müxalif deputatlar parlament qarşısında hesabat verəcək və səsçoxluğu yaranarsa davamiyyəti pozduqlarına görə mandatdan məhrum ediləcəklər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər