29.06.2025, 01:41
AZ EN
02.03.2023, 09:08 414

Bu gün şəhid Asim Quliyevin doğum günüdür

XƏBƏRLƏR
  • Xalqımızın həyatını, gələcəyini, şərəfini və qürurunu xilas edən və bu yolda fədakarcasına canını qurban verən qəhrəman şəhidlərimiz! Bu gün müharibə yoxdursa, məcburi köçkünümüzün bir qismi öz doğma yurduna köçübsə və bütünlüklə köçəcəksə, ən əsası yenilmiş ölkə deyil, qalib ölkə vərəndaşı kimi başı uca gəziriksə, bunu siz şəhidlərə borcluyuq. Sizlər bizə şərəflə yaşayacağımız bir həyat qoyub getdiniz. Ata-baba yurdlarımızdakı narahat ruhlarımızın əbədi rahatlığını təmin etdiniz. Sizi əbədiləşdirmək isə boynumuzun borcudur.

Əslən Cəbrayıl rayonunun Hovuslu kəndindən olan Asim Bəkir oğlu Quliyev 1996-cı il martın 2-də Bakı şəhərində anadan olub. 2002-2011-ci illərdə 107 saylı Bakıxanov qəsəbə tam orta məktəbində, 2011-2013-cü illərdə Sumqayıt şəhərində kompüter ixtisası üzrə kollecdə təhsil alıb. Orta məktəbdə oxuyarkən idmana böyük həvəsi olduğundan boksla məşğul olub. Bakı üzrə keçirilən yarışlarda 1-ci, Respublika üzrə keçirilən yarışlarda 2-ci yeri qazanıb. Asim Quliyev 2015–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə qulluq edib. Xidməti dövründə 2016-cı ilin Aprelində döyüşlərində iştirak edib.

Əsgər Asim Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsidə iştirak edib. O, Füzuli, Cəbrayıl və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. O, oktyabrın 11-də Hadrut döyüşləri zamanı snayper gülləsinə tuş gələrək şəhid olub. Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilib.

Qəhrəman döyüşçümüz ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər