Ekskursiya zamanı məktəblilərə dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəzdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotolar, arxiv sənədlərinin surətləri, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnəkdir.
Ekskursiya çərçivəsində Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış "Xilaskar ömrü” adlı videoçarx nümayiş etdirilib. Məktəblilər Heydər Əliyev Mərkəzindən zəngin təəssüratlarla ayrılıblar.
Hazırladı: Mina RƏŞİD