06.03.2026, 10:34
AZ EN
06.03.2026, 08:00 12

Laçın sakinlərinin növbəti səyyar qəbulu keçirilib

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Ağcabədi rayonunun Taxta Körpü ərazisində fəaliyyət göstərən Laçın rayonunun Düşərgə qəsəbə tam orta ümumtəhsil məktəbində həmin ərazidə müvəqqəti məskunlaşmış rayon sakinləri ilə keçirilib. 

44 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbulda Laçın Rayon Prokuroru İlqar Səadətov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, həmçinin müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin işçiləri iştirak ediblər.

Qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildiriblər.

Oxşar xəbərlər