Yaradıcılıq fəaliyyətinə Bakı Uşaq Teatrında başlayan sənətçi hazırda Yuğ Dövlət Teatrının aktyoru kimi fəaliyyət göstərir. Göstərdiyi yüksək peşəkarlıq və səhnə uğurlarına görə Prezident mükafatına layiq görülüb. Onun aktyor kimi geniş tanınmasına səbəb olan işlərindən biri də İctimai Televiziyada yayımlanan “Tilov” serialında baş rolu ifa etməsidir.
Amid Qasımov yalnız teatr səhnəsində deyil, həm də muğam sənətindəki ifaları ilə tanınır. O, milli musiqimizin təbliğinə öz töhfəsini verən gənc muğam ifaçısı kimi çıxış edir.
Ağdamlı sənətkarın fəaliyyəti həm teatr, həm də musiqi sahəsində milli mədəniyyətimizin zənginləşdirilməsinə yönəlib və onun sənət yolu gənclər üçün nümunəvi bir uğur hekayəsidir.
Tahirə AĞAMİRZƏ