Bunu Zəngilanın Məmmədbəyli kəndinə qayıdan keçmiş məcburi köçkün Kifayət Heydərova deyib.
O, qeyd edib ki, sevincinin həddi-hüdudu yoxdur: "Məmmədbəyli kəndinə sevinclə, gülə-gülə qayıdırıq. Allah dövlətimizi, xalqımızı, qazilərimizi qorusun, şəhidlərimizə rəhmət eləsin.
Yolumuz açıq olsun. İnşallah gedib elimizdə, torpağımızda sağ-salamat yaşayacağıq, torpağı əkəcəyik, biçəcəyik".
Qeyd edək ki, Zəngilan rayonunun Məmmədbəyli kəndinə daha 30 ailə - 144 nəfər köçürülüb. Kəndə köçənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. (Report)