Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 3 nəfər şagirdi festivalda müxtəlif kateqoriyalar üzrə medallara layiq görülüb:
1.Qubadlı rayonu Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbinin XI sinif şagirdi Mirzəbəyli Yusif Teymur oğlu – “Cupsat” kateqoriyası üzrə I yer;
2.Zəngilan rayonu 5 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Quluzadə Sübhan Eyvaz oğlu – “Water rush” kateqoriyası üzrə II yer;
3.Cəbrayıl rayonu 7 nömrəli tam orta məktəbinin IV sinif şagirdi Niftəli Məhəmməd Camal oğlu - “Submerged” kateqoriyası üzrə III yer.
Qazanılan bu uğurlar region məktəblərində təhsil alan şagirdlərin elmi və texnoloji sahələrə marağının artmasından və onların yaradıcı potensialının düzgün istiqamətləndirilməsindən xəbər verir.
Təltif olunan şagirdlər təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Tahirə AĞAMİRZƏ