“Qarabağ” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilən Vətənin qəhrəman övladlarından biri, Cəbrayıl rayonunun Mirək kəndində doğulan şəhid mayor Ramid Hacıyevin anım günü keçirilib. Mərasimdə şəhidimizin atası Nəriman Hacıyev oğlu ilə qürur duyduğunu və onunla bağlı xatirələrini tərbir iştirakçıları ilə bölüşüb. Anım günü ilə bağlı tədbirdə Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, millət vəkiliy Ceyhun Məmmədov, Cəbrayıl rayon icra hakimiyyətinin bir qrup əməkdaşı, rayon ictimaiyyətinin nümayəndələri şəhidimizin yaxınları ilə birlikdə 2-ci Fəxri Xiyabandakı şəhidlər məzarlığında şəhidimizin məzarını ziyarət edib, oraya əkillər, tər güllər qoyub, Allahdan bütün şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyiblər.
Tahirə AĞAMİRZƏ