05.03.2026, 18:18
AZ EN
22.10.2025, 12:18 271

Mərdəkan qəsəbəsində Laçın sakinlərinin səyyar qəbulu keçirilib 

XƏBƏRLƏR
  • Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən 32 saylı Laçın tam orta məktəbində həmin ərazidə məskunlaşmış laçınlı keçmiş məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu keçirilib. 

Rayon rəhbəri ilə görüş -səyyar qəbulda 52 nəfər laçınlı məcburi köçkünün iştirak edib. Görüşdə çıxış edən Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə  ölkəmizdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, həmçinin Laçın  rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri və əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər barədə iştirakçılara ətraflı məlumat verib. Xüsusilə qeyd olunub ki, 44 günlük Vətən Müharibəsindən keçən, qıssa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə aparılan geniş tikinti və quruculuq işləri, rayon saknlərinin ata-baba yurdlarına Böyük Qayıdışın başlanması laçınlılar tərəfindən sevinc və minnətdarlıq hissi ilə qarşılanır.

Səyyar qəbulda rayon sakinləri tərəfindən qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınaraq icrası nəzarətə götürülüb.

Sonda rayon sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə dərin təşəkkürlərini bildiriblər.

Mina RƏŞİD

Oxşar xəbərlər