28.06.2025, 02:26
AZ EN
23.10.2023, 16:32 248

Ağdama qurban olum

XƏBƏRLƏR

Bu gün ABŞ və Avropa ittifaqı Azərbaycana qarşı çox qəzəblidirlər. Çünki Azərbaycan öz haqq işi ilə onların çirkin planlarını, oyunlarını pozub. Yeni mövzuları da budur ki, güya Qarabağ ermənilərini ölkədən  güclə çıxarırıq. Onda sual meydana çıxır ki, bəs görəsən indiyədək Bakıda və başqa şəhər və qəsəbələrimizdə yaşayan yüzlərlə erməni əsilli vətəndaşları niyə qovmamışıq. Özü də ən ağır illərimizdə, azərbaycanlılar doğma torpaqlarında qətliamlara məruz qalanda, kişilərimizin başı kəsiləndə, qadınlarımız alçaldılanda və uşaqlarımızın gözləri çıxarılanda niyə onları qovmamışıq... O vaxtdan Azərbaycanda yaşayan yüzlərlə ermənidən biri olan Xankəndidə doğulmuş və 17 yaşından Bakıda qalan Svetlana Hüseynova Qurgenovna da bunu təsdiq edir. 84 yaşlı S.Hüseynova azərbaycanlı ilə ailə qurub, bir oğlu var. Deyir ki, uşaqlığı Ağdamda, gəncliyi Bakıda keçib. Erməni əsilli xanım 1988-ci ildən əvvəlki Qarabağı çox yaxşı xatırlayır:

“Azərbaycanlılarla biz bir-birimizə “can” deyib, “can” eşitmişik. Çox yaxın, mehriban olmuşuq. Mənim uşaqlığım Ağdamda keçib. Ağdama qurban olum mən. Ağdamda bir bazar vardı ki... Həmişə ağlayırdım ki, anam məni də bazara aparsın, lavaş istəyirdim... Ağdam, oy, oy, oy... dodaqlarım çatlayır yadıma düşəndə. Kaş bunları mənim yadıma salmayaydınız. O gözəl yerləri dağıtdılar. Axı nə qazanırlar, beş günlük dünyadı...”

Müharibə bizim də uşaqlığımızı, gəncliyimizi aldı...

“O vaxt anam, sonra da atam rəhmətə getdi, gedə bilmədim. Amma indi gedə bilərəm. Heç olmasa onların qəbirlərinə gül qoyardım, ürəyimi boşaldardım... Ortaya çıxıb Fransa, qırılmış, sən kimsən axı komanda verirsən? Qarabağ sənindi? Qarabağ əzəldən yazılmışdı kimindi, torpaq birinci Allahındı, Allah da onu azərbaycanlılara verib”.  

S.Hüseynova Azərbaycan Televiziyasına müsahibəsində deyir ki, mənim üçün bura Vətəndi. İndiyədək burada heç kim mənə heç nə deməyib. O vaxtdan indiyədək azərbaycanlılarla dostluq edirik. Onlar bizi öz məclislərinə dəvət edirlər. Düz 60 ilin ailə dostlarıyıq biz.

Bu gün Qarabağda qalan ermənilər Azərbaycan dövlətinə inanırlar. Amma gərək o biriləri də getməyəydilər. Onların başlarını o qədər doldurublar ki, qorxularından gediblər. Onlar bilmirlər ki, Azərbaycan milləti nə deməkdi...

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər