Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Aslan Əliyev bir əsgər kimi döyüşlərə qatılıb. O, Ağdam istiqamətində gedən döyüşlərdə şücaətlər göstərib. Elə Ağdam uğrunda da noyabrın 7-də qəhrəmancasına şəhadətə ucalıb.
Şəhidimiz doğma Göyçayda böyük izdiham və ehtiramla torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Aslan Elman oğlu Əliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və “Ağdamın azad olunmasına görə”medalları ilə təltif edilib.
Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Aslan balamız!
Mina RƏŞİD