26.09.2025, 04:18
AZ EN
21.09.2025, 08:00 109

‎"Əlaçı” televiziya layihəsinin seçim turu keçirilib

XƏBƏRLƏR
  • Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri “Əlaçı” televiziya layihəsinin XII seçim turunda iştirak ediblər.

‎Seçim turunda Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarından 220 nəfər X və XI sinif şagirdi iştirak edib.

‎Test üsulu ilə keçirilən seçim turunda şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual təqdim olunub. Müsabiqənin nəticələri barədə məlumatlar şagirdlərin təhsil aldıqları məktəblərə göndəriləcək.

‎Qeyd edək ki, seçim turunun nəticələrinə əsasən ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin çəkilişlərində iştirak etmək hüququ qazanacaqlar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər