Bunu rayon sakini Gündüz Babayev deyib.
O, uzun müddətdən sonra ilk addımlarını atdığı yerlərə qayıtmağın fərqli hisslər yaratdığını vurğulayıb:
"Kəlbəcəri 13 yaşımda tərk etmişdim. Bu gün isə 46 yaşında, ailə üzvlərimlə birlikdə doğma yurda qayıdıram. Hamımız çox qürurluyuq. 33 illik həsrətdən sonra uşaqlığımın keçdiyi yerlərə qayıtmaq adamda çox fərqli hisslər yaradır". (Report)