17.12.2025, 07:39
AZ EN
28.08.2025, 09:23 272

Ümid bizim ümidimiz, dayağımız idi…

XƏBƏRLƏR
  • Ümid ailədə 3 uşaqdan biri idi, özündən 2 yaş böyük qardaşının səhhətində problemləri var. Ümid çox kasıb bir ailədə böyüyürdü. Buna görə də 11-12 yaşlarından evə qazanc gətirmək məcburiyyətində idi.  Anası deyir ki, o Kəlbəcərdə olsa da bizə Bakıda olduğunu demişdi. Ümid güləşçi idi, xüsusi təyinatlı əsgər olmuşdu. Axırıncı dəfə ailəsi ilə sentyabrın 4-də danışıb və valideynlərinə Bakıda olduğunu demişdi. Amma o Kəlbəcərdə idi. Həmin gündən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb. Düz 9 gündən sonra hərbi xidmətinin bir ilinin tamamına az qalmış döyüşlərdə şəhadətə ucalıb...

Bu gün torpaqlarımızın azadlığı uğrunda müharibədə qəhrəmancasına şəhadətə ucalan Ümid Vüqar oğlu İmamquliyevin doğum günüdü. O, 28 avqust 2003-cü ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. Goranboy rayonu Qaradağlı kənd orta məktəbini bitirib.

Azərbaycan Ordusunun əsgəri olan Ümid İmamquliyev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına şəhadətə ucalıb.

Şəhidimiz 15 sentyabr 2022-ci ildə böyük izdiham və ehtiramla doğma  Qaradağlı kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Ümid İmamquliyev “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib. 

Cənnətdəki doğum günün mübarək, məzarın nurla dolsun, ruhun şad olsun, qəhrəman Ümid balamız!

Mina RƏŞİD

Oxşar xəbərlər