07.08.2025, 00:59
AZ EN
10.07.2025, 08:27 198

Vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası ilə bağlı tədbir keçirilib

XƏBƏRLƏR
  • “Konstitusiya və Suverenlik İli” çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü, Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi  ilə vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyasının keçirilməsinə dair  Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində rayon qeydiyyatında olan sakinlərlə tədbir keçirildi.

Tədbirdə Milli Məclisin əməkdaşı Sevinc Rəhimova, Vəkillər Kollegiyasının üzvləri Ramil Yusifov, Pərvanə Hüseynova, Asim Muradov, Başçının müavini-Sоsial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xanım Rüstəmova, aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, rayon sakinləri iştirak etdilər.

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.

Tədbir Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Xırdalan şəhər Vəkillər Bürosunun peşəkar vəkilləri tərəfindən rayon sakinlərini narahat edən hüquqi məsələlərlə bağlı suallar cavablandırıldı.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər