Bu sözləri açıqlamasında Beynəlxalq Avstriya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.
Keçmiş Qarabağ problemi həll edildikdən sonra Qərbi Azərbaycan məsələsinin Azərbaycan üçün prioritet mövzuya çevrildiyini diqqətə çatdıran U. Mirzəyev əlavə edib ki, tarixi torpaqlarımızda sonuncu deportasiyadan sonra bir nəfər də olsun azərbaycanlı qalmayıb.
"Çox sevindirici haldır ki, beynəlxalq auditoriyalarda Qərbi Azərbaycan məsələsi gündəmə gətirilib. Lakin bundan sonra da görəcəyimiz işlər çoxdur",- deyə o qeyd edib. (AZƏRTAC)