27.06.2025, 18:09
AZ EN
11.09.2023, 10:34 182

Erməni qadın Azərbaycan dilində mahnı oxudu: “Mən bu elin qızıyam”

XƏBƏRLƏR
  • Erməni qadın, Azərbaycan dilində Nisə Qasımovanın ifasında eşitdiyimiz sözləri Validə Hüseynovaya, musiqisi Ələkbər Tağıyevə məxsus olan “Azərbaycan qızıyam!” mahnısını ifa edib.

AzTV-nin Maneuli şəhərindən hazırladığı reportajda bildirilib ki, 70 yaşlı Luba Gürcüstanın Dimanisi rayonunun milliyətcə erməni sakinidir. Onun bu sevgisi təsadüfi deyil. Belə ki, Lyuba gözün açandan qonşuluqda yaşayan azərbaycanlılarla  bir yerdə yaşayıb. Bu isti münasibət indi də davam edir.

Dimanis rayonu Ermənistanla və Türkiyə ilə həmsərhəddir. Burada əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Rayon mərkəzi isə beynəlmiləl bir aləmi xatırladır. Belə ki, rayon mərkəzində azərbaycanlılar,  gürcülər, ermənilər, yunanlar və digər millətin nümayəndələri  bir ailə kimi yaşayırlar.

Qoqi Xarşiladze, Marneuli sakini:

-Bizim azərbaycanlılarla bağlı hər zaman xoş təəssüratlarımız olub. Mən özüm burda dünyaya göz açıb böyümüşəm. Qonşularımızın 90 faizi azərbaycanlılardır. Elə mənim ən yaxın dostumun adı Hafiz Xəlilovdur. Biz birlikdə böyümüşük. Mən böyük xalq olan Azərbaycan xalqına, eləcə də Ermənistana bütün məsələləri sülh yolu ilə həll etməyi arzulayıram. Qarabağ azərbaycanlıların tarixi torpağıdır. Yəqin ki, onlar ermənilərlə birlikdə sülh içində yaşayacaqlar. Çünki Azərbaycan xalqı müdrik xalqdır. Həmişə sülh tərəfdarları olublar.

Yelena Arutyunyan, Marneuli sakini:

-Mən Marneuli şəhərində  yaşayıram. Burda gürcü, erməni, azərbaycanlılar birgə yaşayırlar.  Bir-birimizə kömək edirik. Bayramları birlikdə qeyd edirik. Mehriban yaşayırıq. Mən milliyyətcə erməniyəm. Çox istəyərdim ki, bütöv Qafqazda sülh olsun, Qarabağda gedən müharibə, ölümlər məni sarsıdır. Biz mehriban yaşaya bilərik. Mənim burda  çoxlu sayda azərbaycanlı dostlarım var.  Ən yaxın rəfiqəm azərbaycanlıdır. 20 ildir dostluq edirik. Mən çox razıyam. İstəyərdim ki, hər şey yaxşı olsun. Sülh içində yaşayaq.

Lyuba Avdalyan, Marneuli sakini:

-Mən Azərbaycan xalqını çox sevirəm. Mən çağırıram, bütün erməniləri, azərbaycanlıları, bütün Qarabağ xalqını: “Bərabər necə yaşayırdınız, elə yaşayın. Mən çox sevirəm Qarabağı, oraya mən çox gedib-gəlmişəm. Azərbaycanlıların yanında da oxumuşam. Ermənilərlə yaman bir-birini sevirdilər”.

Dağların arasında yerləşən ucqar rayonunun sakinlərinin bu mehribanlığı sülh tərəfdarlarına sevinc bəxş edir. Əksini istəyənlərə isə göz dağıdır.

        Hazırladı: Tahirə AĞAMİRZƏ

 

 

Oxşar xəbərlər