28.06.2025, 07:05
AZ EN
16.05.2025, 08:54 150

Bu gün Beynəlxalq Sülh Şəraitində Birgə Yaşamaq Günüdür

XƏBƏRLƏR
  • BMT Baş Assambleyası 8 dekabr 2017-ci il tarixli qətnaməsi ilə 16 may tarixini Beynəlxalq Sülh İçində Birgə Yaşayış Günü elan edib. Bu əlamətdar günün təsis edilməsində əsas məqsəd beynəlxalq icmaların  insanlar arasında sülhün, dözümlülüyün, birliyin, qarşılıqlı anlaşmanın və həmrəyliyin təşviqinə yönələn fəaliyyətlərinin gündəmdə saxlanılmasıdır.  

Sülh içində birgə yaşayış müxtəliflikləri etiraf etmək, başqalarını dinləmək, anlamaq, hörmət qoymaq və dəyərləndirmək, həmçinin dünyada sülh və həmrəylik şəraitində yaşamaq bacarıqlarının təşviqini nəzərdə tutur.

Beynəlxalq formatda sülh içində birgə yaşayış – müxtəlif ictimai quruluşa, mədəniyyətə, tarixə, ənənələrə malik dövlətlər arasında münasibətlərin bir növüdür və ölkələr arasında münaqişəli məsələlərin həllində müharibədən imtina edib, onları yalnız danışıqlar yolu ilə həll etməyi, həmçinin beynəlxalq hüquqi sənədlərlə təsdiqlənmiş digər prinsiplərə riayət olunmasını özündə ehtiva edir.  

Birləşmiş Millətlər Təşkilatı İkinci Dünya Müharibəsindən sonra, məhz gələcək nəsilləri fəlakətlərdən və yeni müharibə ehtimallarından qorumaq məqsədilə yaradılıb. Təşkilatın fəaliyyəti qlobal iqtisadi, sosial, mədəni və ya humanitar xarakterli problemlərin həllində beynəlxalq əməkdaşlığın qurulmasından, həmçinin dinindən, irqindən, cinsindən, dilindən asılı olmayaraq, insanların əsas hüquq və azadlıqlarının qorunması və təşviqindən ibarətdir.  

Bu gün Beynəlxalq Sülh İçində Birgə Yaşayış Günü, BMT bütün üzv dövlətlərə, BMT sistemində olan təşkilatlara, digər beynəlxalq və ictimai təşkilatlara, özəl şəxslərə bu tarixi öz mədəni ənənələrinə uyğun, yerli, milli və ya regional adətlər çərçivəsində maarifləndirici, eyni zamanda ictimaiyyətin məlumatlılığının artırılmasına yönəldilən tədbirlərlə qeyd etməyə çağırır.

Hazırladı: Mina RƏŞİD 

Oxşar xəbərlər