28.06.2025, 17:06
AZ EN
12.05.2025, 09:55 221

Şəhid polkovnikin 13 yaşlı qızı vəfat etdi

XƏBƏRLƏR

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli vəfat edib.

"Vətən səsi" xəbər verir ki, yeniyetmə kəskin böyrək çatışmazlığından əziyyət çəkib. Uzun müddətdir müalicə alan Səlbi Cəfərlinin həyatını xilas etmək mümkün olmayıb və o, dünən dünyasını dəyişib.

Xatırladaq ki, polkovnik-leytenant Zaur Cəfərov 1980-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub. 1997-2001-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Həmin illkərdə dəfələrlə Rumıniya və Türkiyədə kurs və təlimlərdə iştirak etmişdi. Təhsilini başa vurduqdan sonra ona Dövlət Attestasiya Komissiyasının 20 avqust 2001-ci il tarixli qərarı ilə "raket qoşunlarının artilleriya və raket artilleriya qoşunlarının döyüş fəaliyyətinin idarə edilməsi, operativ-taktiki, taktiki-raket, yerüstü artilleriya və sahil raket artilleriya silahlarının döyüş tətbiqi, yerüstü artilleriyanın taktiki komandanlığı" ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib.

İki qız bir oğul atası olan Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Elxan SALAHOV

Oxşar xəbərlər