Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə 35 ailə - 158 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, 30.04.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla Sarıcalı kəndinə cəmi 184 ailə (767 nəfər) köçürülüb. (AZƏRTAC)