27.06.2025, 13:01
AZ EN
14.04.2025, 15:28 276

Milli Qəhrəman Vahid Quliyevlə görüş keçirilib

XƏBƏRLƏR
  • Cəbrayıl rayonu Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta ümumtəhsil məktəbində "Konstitusiya və suverenlik ili" çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Vahid Quliyevlə görüş keçirilib. Görüşdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin, təhsil sektorunun əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları, təhsilverənlər və təhsilalanlar iştirak ediblər.

Görüşdə şagirdlərə Milli Qəhrəman Vahid Quliyevin, eləcə də digər qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan, böyük zəfərin əldə olunmasında göstərdikləri şücaətdən danışılıb.

Görüş çərçivəsində həmçinin Vahid Quliyev şagirdlərlə səmimi söhbət aparıb, onların suallarını cavablandırıb və vətənin müdafiəsinin hər bir vətəndaşın borcu olduğunu vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər