Tədbirdə, Əziz Ələkbərli televiziya əməkdaşlarını yüksək peşəkarlıq və zəhmətləri üçün təqdir edərək, Azərbaycanın ali rəhbərliyinin təşəkkürnaməsini almağın böyük əhəmiyyətini vurğulayıb. O, televiziyanın qısa bir müddət ərzində böyük uğurlar qazandığını da qeyd edib.
İcma sədri, təşəkkürnaməni Televiziyanın rəhbəri Ülviyyə Zülfiqara, ardınca baş redaktor Esmira Qasımova, müxbir Lamiyə Əhmədova, müxbir Kamal Hüseynli, operator Bəxtiyar Nəsirov, operator Ceyhun Tarverdiyev, montajçı Gülməmməd Məmmədov və montajçı Nərmin Əliyevaya təqdim edib, onları təbrik edib.
Tədbirin sonunda, Qərbi Azərbaycan Televiziyasının kollektivi ilə birgə foto çəkdirilib.
Tahirə AĞAMİRZƏ