Bu barədə Qarabağ Universitetinin rektoru Şahin Bayramov məlumat verib.
Onun sözlərinə görə, növbəti tədris ilində Qarabağ Universitetinə subbakalavrların qəbulu və tələbə köçürülməsi nəzərdə tutulmayıb. Bundan başqa, Universitetdə Elm və Təhsil Nazirliyinin nəzdindəki sabah qruplarına da yer ayrılıb və müxtəlif ali təhsil müəssisələrindəki I kurs məzunları arasında seçimlər həyata keçirilir. Uğurlu nəticə əldə edən gənclər Qarabağ Universitetində müvafiq ixtisaslar üzrə sabah qruplarında təhsil almaq imkanı qazanacaqlar.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov daha sonra əlavə edib ki, ilk tədris ilimiz üçün yalnız dövlət sifarişi ilə tələbə qəbulu nəzərdə tutulub: “İlkin olaraq qarşıdakı tədris ili üçün 1120 plan yeri verilmişdir. Universitetimizdə təhsil alacaq bütün tələbələr ödənişsiz təhsil alacaq. Bu o deməkdir ki, onların hər biri dövlətimiz tərəfindən verilən təqaüd alacaqlar. Topladıqları ballardan asılı olaraq, tələbələrimizə əlavə təqaüdlərin verilməsi nəzərdə tutulur. Bütün tələbələrimiz ödənişsiz əsaslarla təqdim olunan mənzil tipli yataqxanalarda yaşamaq imkanı əldə edəcəklər. Bütün tələbələrimizə universitetimiz tərəfindən ödənişsiz notbukun verilməsi nəzərdə tutlub. Tələbələrimiz üçün həm müasir akademik məzmun, həm məzmunlu, çox müasir tipli tələbə həyatı vəd edirik universitetimizdə.
Hazırladı: Tahirə AĞAMİRZƏ