27.06.2025, 01:54
AZ EN
13.06.2024, 15:00 385

Alim, yazıçı Sadıq Qarayevin əsərlərində azərbaycançılıq idealları və yeni milli hədəflər mövzusunda tədbir keçirilib

XƏBƏRLƏR

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının üzvü, Biologiya üzrə fəlsəfə doktoru, dosent, Prezident Təqaüdçüsü, “Qızıl Kəlmə” mükaftçısı Sadıq Qarayevin elmi, ədəbi və ictimai fəaliyyəti barədə Akademik Teymur Kərimli,  AMEA Azad Həmkarlar Təşkilatının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu İdrak nəzəriyyəsi və məntiq şöbəsinin müdiri, Fəlsəfə elmləri doktoru, Füzuli Qurbanov, AYB Poezya seksiyasının rəhbəri, Əli Kərim adına Poeziya evinin direktoru, şair İbrahim İlyaslı, Biologiya elmləri doktoru professor Elman İgəndər, Aqrar elmləri doktoru Vüqar Səlimov, Biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev yazıçı, publisist, şair Əkbər Qoşalı, Azərbaycan Respublikasının xalq artisti Eldost Bayram, Azərbaycan Respublikasının Əməkdar artisti Ağalar Bayramov, AMEA A.Bakıxanov adına Tarix İnstititunun əməkdaşları Tarix üzrə fəlsəfə doktoru, dosent İlham Həsənov, tarix üzrə fəlsəfə doktoru Yaqut Emirova, AMEA Fəlsəfə İnstitunun əməkdaşları fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şabanov Zeynəddin, Kimya elmləri üzrə fəlsəfə doktoru Faiq Məmmədov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Şölət Zəki, AMEA Dilçilik İnstitunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov,  Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, AYB üzvü şair Vəli Səfərov Qaracaylı, AYB üzvü şair, yazıçı Hacı Loğman Qorqud, şair-publisisit Arzu Heydərova, AYB üzvü şair Arzu Əsəd, AYB üzvü, yazıçı, hüquqşünas Lətifə Oruc, AYB üzvü, şair Vahid Çəmənli, şair İlham Qazaxlı,  yazıçı, jurnalist,  Əntiqə Rəşid, Etibar Əliyev, Alim İsmayıl, Şair Zakir Ağdamlı, şair Valeh Heydərov və başqaları çıxış ediblər.

Sonra alim-yazıçı Sadıq Qarayevin 50-illik ömür yolundan, elmi tədqiqatlarından,  bədii yaradıcılığından və ictimai fəaliyyətindən danışan natiqlər onun alim, yazıçı və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçildiyini qeyd edərək, öz əsərlərində azərbaycançılıq məfkurəsi, milli dövlətçilik ideyalarının təbliğindən danışıblar.

Qeyd edək ki, Sadıq Qarayev “Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, ““N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının, yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi məqalənin müəllifidir.

Tədbirdə şəxsiyyətin özünütəsdiqi, toplum və təbiət hadisələrinin qarşılıqlı bağlantısı, bəşəri qayğılar fonunda milli dəyərlərin qorunması, zənginləşdirilməsi və vətəncanlılıq hadisələri dolğun təsvir edilidiyi “Sahilsiz təzadlar” romanı, “Orbitlər və universal mövcudluq nəzəriyyələri” adlı elmi ideyaların müddəaları obrazlı vasitələrlə oxucuya çatdırılan, azərbaycanlı çekistlərin vətənpərvərlik və peşəkarlıqla xidmətini əks etdirən ilk iri həcmli “Sahibsiz kölgələr” romanı, tarixi Zəfərimizə həsr edilmiş ilk elmi-fəlsəfi, sənədli-publisist, “N” saylı qəhrəmanlıq” tarixi romanı, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız Zamanlar” və “Azərbaycançılıq Məfkurəsi” kitabları ətarafında elmi, ədəbii təhlillər və müzakirələr aparılıb. Daha sonra müəllifin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış əsərləri ilə seçildiyi  vurğulanıb.

Tədbirin sonunda Sadıq Qarayevə AMEA Azad Həmkarlar İttifaqının fəxri fərmanı, AYB- nin fəxri dilplomu təqdim olunub və Milli Məclisin Mədəniyyət Komitəsinin təbrik məktubu oxunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər