Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verilir ki, nəhayət uzun illər həsrətində olduğumuz Şuşa şəhərində ilk çadırları Azərbaycan skautları quracaqlar. Bu düşərgə digərlərindən tamamilə fərqli olacaq.
Beynəlxalq düşərgənin əsas məqsədi şanlı zəfərimizin Şuşa təntənəsinin şahidi olmaq, gənc skautların xüsusi bacarıqlara yiyələnmələri üçün xüsusi təlimlər təşkil etmək, “Şuşa İli” çərçivəsində yerli və xarici skautların iştiraki ilə sosial layihələri həyata keçirməkdir.
Düşərgədə iştirak etmək üçün iyulun 25-dək qeydiyyat forması tam olaraq təsdiqlənməlidir.
Düşərgəyə yalnız Azərbaycan Skautlar Assosiasiyasının üzvləri müraciət edə bilərlər. Qeydiyyat linki: https://bit.ly/3yX8ek3
Əlavə məlumat və əməkdaşlıq üçün susadusergesi@scout.az ünvanına müraciət edə bilərsiniz. (AZƏRTAC)