03.05.2025, 13:20
AZ EN
01.03.2024, 17:14 248

"YAŞAT" Fondu və “Azərkontrakt” ASC-i arasında niyyət protokolu imzalanıb

XƏBƏRLƏR
  • "YAŞAT" Fondu və “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti arasında niyyət protokolu imzalanıb.

Sənədi “Azərkontrakt” ASC-nin sədr müavini Güləddin Dadaşov və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov imzalayıblar.

Sənədə əsasən “YAŞAT” Fondunun 2024-cü il ərzində həyata keçirəcəyi sosial layihələrin maliyyələşməsi məqsədilə 140 000 AZN vəsait Fondun büdcəsinə köçürülüb.

Qeyd olunan əməkdaşlıq sosial məsuliyyət çərçivəsində “Azərkontrakt” ASC və “YAŞAT” Fondu tərəfindən müvafiq kateqoriyadan olan şəxslər üçün sosial layihələrin həyata keçirilməsinə real töhfələr verəcək.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər

SON XƏBƏRLƏR