28.06.2025, 08:11
AZ EN
25.12.2023, 07:48 346

Ata torpağını ağlaya-ağlaya öpmək istəyirəm - Zabux sakini

XƏBƏRLƏR
  • Laçın rayonunun Zabux kəndinə döndüyümdə ata torpağını ağlaya-ağlaya öpmək istəyirəm.

Bunu Laçın rayonunun Zabux kəndinin sakini Qədirova Leyla deyib.
Onun sözlərinə görə, 1992-ci ildə Zabux kəndini məcburi surətdə tərk edib.
"Vətənin hər bir guşəsi yaşamaq üçün gözəldir. 30 ildən çox Maştağa qəsəbəsində qaçqınlıq həyatı yaşamışam Lakin Laçın bizim üçün daha da əzizdir. Sanki bülbülü qızıl qəfəsə qoymuşlar, o isə vətən deyərək sızlamışdır. Biz də bu illər ərzində vətən, doğma yurd deyərək sızlamışıq. Çox təəssüf ki, Laçından çıxdıqlarımızla birlikdə geri qayıda bilmirik.
Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Şəhidlərimizin adı gələndə kövrəlməmək mümkün deyil. Allah Ali Baş Komandanımızı var eləsin. Bütün məcburi köçkünlərin də öz yurdlarına qayıtmalarını diləyirəm", - deyə o qeyd edib. (Trend)

Oxşar xəbərlər