27.09.2025, 01:52
AZ EN
26.09.2025, 07:35 207

BMT: Son doqquz ayda bir milyon suriyalı qaçqın vətəninə qayıdıb

XƏBƏRLƏR
  • Ötən ilin dekabrında Suriyada baş vermiş hakimiyyət dəyişikliyindən sonra bir milyon suriyalı qaçqın vətəninə geri dönüb.

Məlumat Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydığı bəyanatda yer alır. “Cəmi doqquz ay ərzində bir milyon qaçqın Suriyaya qayıdıb”, - deyə bəyanatda vurğulanıb.

Bununla belə, hələ də 13,5 milyon suriyalı ölkədən kənarda qaçqın və ya ölkə daxilində məcburi köçkün kimi yaşayır. İllərlə davam edən münaqişə və böhranlar Suriya iqtisadiyyatını çökdürüb, evləri və infrastrukturu xarabaya çevirib. Bəzi bölgələrdə təhlükəsizlik hələ də ciddi problem olaraq qalır. (AZƏRTAC)

Oxşar xəbərlər