05.08.2025, 03:35
AZ EN
02.11.2023, 09:37 375

Qərbi Azərbaycan toponimləri barədə kitab çapdan çıxıb

XƏBƏRLƏR
  • AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin hazırladığı “Qərbi Azərbaycan toponimlərinin leksik-semantik xüsusiyyətləri” kitabı çapdan çıxıb.

Bu barədə AMEA-dan bildirilib.

Qeyd edilib ki, kitabda şöbə əməkdaşlarının və institutun bəzi alimlərinin yazdıqları elmi məqalələr toplanmışdır. Məqalələr Qərbi Azərbaycanın toponimləri ilə bağlıdır.

Burada toponimlərin leksik-semantik xüsusiyyətləri ilə yanaşı, onların tarixi və etimologiyası barədə də maraqlı elmi faktlar var. (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR