Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar, digər sakinlər isə növbəlilik əsasında qəbul edildi.
Qəbula gələn vətəndaşlar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən dinlənildi. Müraciətlər əsasən işlə təmin olunma, mənzil məsələsi ilə bağlı onlara köməklik göstərilməsi ilə bağlı idi.
Qaldırılan məsələlərlə bağlı vətəndaşlara qanunamüvafiq izahat verildi.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Mina RƏŞİD