27.06.2025, 13:10
AZ EN
24.08.2023, 13:10 337

Mənim qızım həkim olacaq

XƏBƏRLƏR

Şəhidliyi ilə bütün Azərbaycan gənclərini torpaqlarımız uğrunda mübarizəyə səfərbər edən, uşaqdan tutmuş qocaya qədər hər kəsin sevimlisinə, vətənpərvərlik simvoluna çevrilən Milli qəhrəman, general Polad Həşimovun həyatı insanlarımız üçün həmişə maraqlıdır. Bu gün onun ailəsi ilə bağlı hər xəbər generalla yeni bir görüşdü. Polad Həşimovun azuları vardı. İstəyirdi ki, qızı Aybəniz böyüyəndə həkim olsun. Generalın qızı Aybəniz Həşimova 2021-ci ildə Tibb Universitetinə daxil olmaqla atasının arzusunu yerinə yetirdi. Bu gün A. Həşimova universitetin Müalicə-profilaktika fakültəsində təhsil alır.

“Qafqazinfo” bu günlərdə A.Həşimovanın atasıyla bağlı xatirələrini paylaşıb. Polad Həşimovun qızı deyir ki, atam evə gələndə artıq hər şeyi unudurdu. İşdə üzləşdiyi çətinlikləri evdə heç vaxt bildirməzdi. Məni mağazaya aparıb nə istəyirdim alardı. Sonra aldığımız kitablardan oxuyub atama danışardım. Atam məktəbə gedən uşaqlara pəncərədən fərəhlə baxardı...

Həmişə həkim olmağımı istəyirdi. Hər axşam süfrə başında zarafatla deyərdi ki, mənim qızım həkim olacaq.

Mina RƏŞİD

Oxşar xəbərlər