Xalqla Dövlətin sıx birliyinin bariz nümunəsinə çevrilən 44 günlük Vətən müharibəsində minlərlə gənclərimiz düşmənə mərdlik və qəhrəmanlıqlarını bir daha sübut etdilər. Belə igidlərdən biri də Natiq Namil oğludur. O, 5 noyabr 1996-cı ildə Sabirabad rayonunun Xankeçən kəndində anadan olmuşdur. Natiq öz kəndindəki tam orta məktəbdə təhsil almışdır. Sonra həqiqi hərbi xidmətə çağırılmış, Quru Qoşunlarında xidmət etmişdir. Hərbi xidmətdən sonra müxtəlif yerlərdə işləmişdir. Vətən müharibəsində könüllü olaraq iştirak etmiş, Füzuli, Kəlbəcər, Laçın, Qubadlı istiqamətində vuruşmuşdur. İgidliyinə görə çavuş N.Dadaşov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Cəsur döyüşçü", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Alləlidir, III qrup əlildir.
İsa Musayev