05.03.2026, 19:07
AZ EN
05.03.2026, 17:34 23

Qətər və Küveyt də Ermənistanın dəmir yollarını almaq istəyir

XƏBƏRLƏR
  • Rusiya ilə Ermənistan dəmir yolunun konssesiya əsasında idarəçiliyinin başqa ölkəyə verilməsi məsələsi ilə bağlı ilə işçi səviyyəsində müzakirələr aparılır.

"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O, Rusiya ilə danışıqlarda dəmir yolunun üçüncü ölkələrin idarəçiliyinə verilməsinin müzakirə olunduğunu təsdiqləyib: "Bəli, Rusiyadakı tərəfdaşlarla işçi səviyyəsində müzakirələr aparılır. Bu məsələdə müəyyən anlaşma da görürük, ona görə təşəkkür edirik. Çünki bir daha deyirəm ki, bunlar Rusiya əleyhinə deyil. Tərəfdaşlarımızla obyektiv vəziyyəti paylaşırıq, deyirik ki, Ermənistan bu vəziyyətdə rəqabət üstünlüklərini itirir. Başqa heç bir motivimiz yoxdur".

Baş nazir jurnalistlərə açıqlamasında dəmir yolunun Küveyt və ya Qətərin idarərtməsinə verilə biləcəyini, hətta həmin ölkələrlə danışıqlar aparıldığına da işarə edib. Paşinyan ümid edir ki, yaxın vaxtlarda bu məsələ ilə bağlı konkret həll yolları tapılacaq: "Qətər və Küveyt Ermənistanın dəmir yolunun idarəsini öz üzərlərinə götürməyə hazırdır. Bu məsələ müxtəlif tərəfdaşlarla müzakirə oluna bilər, lakin idarəetmə yalnız Ermənistanla və Rusiya ilə yaxşı münasibətləri olan bir ölkəyə verilə bilər".

Paşinyan onu da əlavə edib ki, o, bu məsələni Rusiya tərəfi ilə açıq danışmaq və birgə razılığa gəlmək istəyir: "Müqaviləni pozmaq həmişə pisdir və bizim dövlətlərarası, eləcə də şəxsi münasibətlərimiz bizə bu yolu getməyə imkan vermir, əksinə onlar sakit və dostca bir mühitdə müzakirə aparmağa kömək edir".

Elxan SALAHOV

Oxşar xəbərlər