Qəhrəmanlıq hər bir insanın qanında olur. Zamanı gələndə özünü büruzə verir. Buna yüzlərlə misal göstərmək olar. E.itdiklərimiz, gördüklərimiz dediklərimizə bariz nümunədir. Belə igidlərdən biri də Rauf Teymur oğlu Qasımovdur. Rauf 1 iyun 2000-ci ildə Ağdam rayonunun Mərzili kəndində dünyaya gəlmişdir. O, Ağdam rayonu, Baharlı qəsəbəsindəki 94 saylı tam orta məktəbi bitirmişdir. Bundan sonra həqiqi hərbi xidmətə çağırılmış, Dövlət Sərhəd Xidmətində qulluq etmişdir. O, kiçik gizir kimi 44 günlük Vətən müharibəsində də iştirak etmiş, Kəlbəcər, Füzuli, Cəbrayıl, Hadrut uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıqlar göstərmişdir. Elə Xocavənd, Hadrut döyüşlərində yaralanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Rauf Qasımova "Xocavəndin azad olunmasına görə" medalı verilmişdir. Qazimiz üçüncü dərəcəli əlildir.
İsa Musayev