30.06.2025, 15:34
AZ EN
05.05.2023, 16:23 273

Bəşir Hacıyev: Ağdam Muğam Mərkəzinin inşaat işlərinin 2024-cü ilin sonlarında yekunlaşacağı nəzərdə tutulur

XƏBƏRLƏR
  • Ölkə rəhbəri İlham Əliyevin Ağdam şəhərinə səfəri zamanı təməlqoyma mərasimində iştirak etdiyi Ağdam Muğam Mərkəzinin inşaat işləri 2024-cü ilin sonlarında yekunlaşacağı nəzərdə tutulur.

Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun müavini Bəşir Hacıyev jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, Ağdam Muğam Mərkəzi bir zirzəmi və iki mərtəbədən ibarətdir.

"Burada sinif otaqları, rəqs təlim otaqları, iclas və böyük konsertlərin təşkili üçün zallar və açıq havada amfiteatrın inşa olunması nəzərdə tutlub. Eyni zamanda yer üstü dayanacağın da inşa olunması nəzərdə tutulub. Müğam mərkəzinin tikinti işlərinin yükunlaşması 2024-cü ilin sonuna nəzərdə tutulub".

B.Hacıyev həmçinin Prezidentin təməlqoyma mərasimdə iştirak etdiyi digər tikinti sahələri barədə də məlumat verib.

"O ərazidə aparılan tikinti-quruculuq işlərinin surətlə davam etdirildiyini diqqətə çatdırıb", - deyə o qeyd edib. (Trend)

Oxşar xəbərlər