Bu barədə Azərbaycan Mərkəzi Bankı xəbər verir.
Məlumata əsasən, bu göstərici bir ay əvvələ nisbətən 2,8 milyon manat və ya 2,6%, 2025-ci ilin martın 1-nə olan göstərici ilə müqayisədə isə 18,4 milyon manat və ya 20% çoxdur.
Hesabat dövrünə sözügedən regiondan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,60%-ə bərabər olub.
Eyni zamanda, bu ilin martın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin həcmi 1,008 milyon manat olub ki, bu da bir ay əvvəlki göstərici ilə müqayisədə 116 min manat, yaxud 13%, ötən ilin eyni dövrünə nisbətən isə 569 min manat və ya 2,3 dəfə çoxdur.
Hesabat dövrünə Şərqi Zəngəzur iqtisadi rayonundan cəlb olunmuş əmanətlərin orta faiz dərəcəsi 5,91% təşkil edib.
Qeyd edək ki, bu ilin martın 1-nə Azərbaycanın ümumi regionları üzrə cəlb olunmuş əmanətlərin həcmi 17,209 milyard manat təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 542,7 milyon manat və ya 3,3%, ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,4 milyard manat və ya 16% çoxdur. (Trend)