MMC-dən bildirilib ki, markalar forumun 2-ci günü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov tərəfindən möhürlənib.
Qeyd edək ki, sözügedən markalardan birinin üzərində Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin portreti və Azərbaycan dilində ilk dəfə nəşr olunan “Əkinçi” qəzetinin yazısı əks olunub. Digər markanın üzərində isə 1881-ci ildə təsis edilmiş “Kaspi” qəzetinin mətbəəsi və həmin qəzetin baş redaktoru, görkəmli publisist və ictimai xadim Əlimərdan bəy Topçubaşovun təsviri yer alıb.
Hər iki marka üzərində “Milli Mətbuat – 150 (1875 – 2025)” qeydinin vurğulanması yubileyin tarixi əhəmiyyətini göstərir.
Markaların dizaynı rəssam Aydın Əsgərova məxsusdur. Markalar Belçika poçtu tərəfindən çap olunub. (AZƏRTAC)