Bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
İşğaldan azad edilmiş ərazilərdə mövcud Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında investisiya kapitalı 400 milyon manata yaxın 45 sahibkarlıq subyektinə rezidentlik, 8 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Həmin sahibkarlıq subyektləri tərəfindən 4000-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır. Artıq bu sənaye parklarında görülmüş işlərə 136 milyon manatdan çox investisiya yatırılıb, 700 nəfərdən artıq daimi iş yeri yaradılıb.
Günel QULİYEVA