28.06.2025, 01:39
AZ EN
20.04.2022, 13:33 579

Deputat: “Şəfafflığın təmin olunması ən vacib məsələlərdən biridir”

XƏBƏRLƏR

“Şəfafflıq bizim qarşımızda duran ən vacib məsələlərdən biridir. Bu məsələyə ölkə başçısı tərəfindən də bir neçə dəfə toxunulub”.

Bunu Milli Məclisin deputatı Mahir Abbaszadə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.

“Bu gün bizim qarşımızda duran vacib məsələlərdən biri də işğaldan azad edilən ərazilərin bərpası ilə bağlıdır. Bu istiqamətdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə işlər həyata keçirilir. Burada Azərbaycanda işsizliyin sayının artıb-artmamaması ilə bağlı fikirlər səsləndirildi. Onu deyə bilərəm ki, Hesablama Palatası işsizliklə bağlı nə təkliflər hazırlayır, nə də onları yerinə yetirir. Mən ümumilikdə Hesablama Palatasının hesabatı müsbət qiymətləndirirəm”, - deputat vurğulayıb. (Report)

Oxşar xəbərlər