Kanadadakı Azərbaycan səfirliyi bu məlumatı “X” sosial media platformasındakı rəsmi hesabında paylaşıb.
Tədbirdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Vüsal Süleymanov parlament üzvlərinin Azərbaycanın xarici siyasətinin prioritetlərinə, Azərbaycan-Kanada münasibətlərinə dair suallarını cavablandırıb, həmçinin Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, Azərbaycanın enerji siyasəti və qlobal enerji təhlükəsizliyində rolu, eləcə də mühüm nəqliyyat və logistika layihələrində iştirakı barədə müvafiq məlumatlar verib. (AZERTAC)