Bu barədə Ermənistan mediası məlumat yayıb.
Ermənistanın Antikorrupsiya Komitəsi aprelin 29-da "Güclü Ermənistan" partiyasının adından fəaliyyət göstərən beş nəfəri gizli şəkildə rüşvət verməkdə şübhəli bilərək saxlayıb.
Aprelin 16-da isə Ermənistanda seçki öncəsi rüşvətin verilməsi və alınması ilə bağlı cinayət işi çərçivəsində "Güclü Ermənistan"ın 14 üzvü saxlanılıb. Daha sonra "Güclü Ermənistan" partiyasının 12 tərəfdarı ev dustaqlığına buraxılıb. (Report)