06.03.2026, 15:28
AZ EN
18.02.2026, 09:50 184

Fərid Şəfiyev: "Azərbaycan xarici siyasətini bağlılıq və şaxələndirməyə əsaslanaraq həyata keçirir"

XƏBƏRLƏR
  • Azərbaycan son altı il ərzində xarici siyasətini bağlılıq, şaxələndirmə və regional əməkdaşlığa əsaslanaraq həyata keçirib.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "C6: Vahid region, ortaq gələcək – Srateji dialoqun gücləndirilməsi" adlı beynəlxalq konfransda deyib.

"Münaqişələr enerji və nəqliyyat marşrutlarına, həmçinin təchizat və sub-təchizat zəncirlərinə ciddi təsir göstərir. Bu proseslər xatırladır ki, regionumuz üçün əlaqəlilik, şaxələndirmə və ortaq maraqlara əsaslanan regional əməkdaşlıq strateji davamlılığın əsas elementləridir", - o bildirib.

F.Şəfiyev qeyd edib ki, Asiya institutları ilə qarşılıqlı əlaqələri, strateji ittifaqları genişləndirən Azərbaycan ABŞ və Aİ ilə konstruktiv əməkdaşlığı davam etdirməklə yanaşı, xarici siyasətinin şərq istiqamətini möhkəmləndirib: "Bu kontekstdə Mərkəzi Asiya bizim üçün sadəcə qonşu deyil, strateji tərəfdaşdır". (Report)

Oxşar xəbərlər