05.03.2026, 17:09
AZ EN
05.01.2026, 10:59 188

Avropa liderlərinin İrəvandakı sammiti təxirə salına bilər

XƏBƏRLƏR
  • Avropa Siyasi Birliyinin may ayında İrəvanda keçirilməsi planlaşdırılan 8-ci sammiti təxirə salına bilər. Sammitin Ermənistanda keçiriləcək parlament seçkilərindən sonraya saxlanılması təklif edir.

"Vətən səsi" xəbər verir ki, bu təşəbbüslə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan çıxış edib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Oskanyan bildirib ki, müxalifət qüvvələri Avropa Siyasi Birliyinin rəhbərliyinə və üzv dövlətlərə birgə məktub göndərərək sammitin vaxtının ən azı iki ay geri çəkilməsini xahiş etməlidir: "Paşinyan konstitusiya dəyişikliklərini və Ermənistanın strateji əhəmiyyətli hissələrində Azərbaycana yeni ərazi güzəştlərini həyata keçirməyə hazırdır. Amma bununla bağlı hazırlıq işləri hələ tamamlanmayıb, hakimiyyət beynəlxalq tərəfdaşları ilə müzakirələr davam etdirir. Bunu nəzərə alaraq Avropanın Ermənistan üçün əlverişli tərəfdaş olaraq qaldığını deyə bilərik. Bu addımlar müvəqqəti olaraq təxirə salınsa da, onun seçkidən sonrakı gündəliyinin əsasını təşkil edir. Yenidən seçilmək prosesin sonu deyil, bu, onun davam etdirilməsi üçün ilkin şərtdir".

Vardan Oskanyan bildirib ki, parlament seçkilərindən əvvəl İrəvanda Avropa liderlərinin yüksək səviyyəli toplantısı Paşinyan hökumətinin beynəlxalq səviyyədə dəstəklənməsi kimi təqdim olunacaq. Onun sözlərinə görə, artıq hökumətin ciddi nəzarəti altında olan media mühitində bu cür məlumatlar yayılmaqdadır: "Ən azından daxili auditoriyaya bu cür mesajlar ötürülür ki, Paşinyan hökumətinin legitimliyi xarici dəstəyi gücləndirir. Amma niyyətlərdən asılı olmayaraq, bu təsir Ermənistanın daxili siyasi prosesinə xarici müdaxilə olacaq. Səsvermədən bir neçə gün əvvəl İrəvanda böyük bir siyasi tədbirin keçirilməsi onsuz da pozulmuş prosesin legitimliyini təhlükə altına qoyur. Təxirə salınma Ermənistanın suverenliyinə hörmətin nümayişi olacaq. Müxalif qüvvələr Avropa Siyasi Birliyinə və üzv dövlətlərə məktubla bağlı təklifimlə razılaşsa, məktubun layihəsini təqdim edə bilərəm".

Vardan Oskanyan əlavə edib ki, bu təşəbbüs müxalifətin əməkdaşlığı üçün katalizator rolunu oyanaya bilər. Onun fikrincə, birgə məktub ciddiliyi və demokratik normaların bərpasına ortaq öhdəliyi nümayiş etdirəcək: "Bu, yalnız bir şəxsin məğlubiyyətinə deyil, həm də həqiqətən rəqabətli seçkilərin və hakimiyyətin dinc şəkildə ötürülməsinin təmin edilməsinə yönəlmiş əlaqələndirilmiş səyin başlanğıcı olacaq. Ermənistanın 2026-cı ildəki seçimi aydındır. Hazırkı şəraitdə davamiyyət institusional eroziyanı daha da artırmağa, geri dönməz ərazi itkilərinə və avtoritarizmin dərinləşməsinə gətirib çıxarır. Dəyişiklik Ermənistan üçün davamlı sülhə, ləyaqətə və demokratik inkişafa əsaslanan ümid və vizyon təmin edə bilər".

Elxan SALAHOV

Oxşar xəbərlər