15.12.2025, 23:35
AZ EN
04.12.2025, 17:28 107

"TRIPP yolu" Ermənistana marağı artırıb

XƏBƏRLƏR
  • "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" və ya qısaca olaraq "TRIPP yolu" adlandırılan Zəngəzur dəhlizi layihəsi Ermənistanın həm strateji, həm də iqtisadi maraqlarına tam uyğundur.

"Vətən səsi" xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan dekabrın 4-də jurnalistlərlə söhbətində bildirib.O, qeyd edib ki, avqust ayında ABŞ prezidenti Donalt Trampın iştirakı ilə Azərbaycanla sülh danışıqlarına dair razılaşmanın əldə olunması və müvafiq sənədlərin imzalanmasından sonra Ermənistana investisiya marağı artıb: "Biz Avropa İttifaqının infrastruktur layihələrinin, o cümlədən "TRIPP yolu" layihəsi çərçivəsində həyata keçirilməsində iştirakında maraqlıyıq. Biz "TRIPP yolu" layihəsinin həyata keçirilməsində yaxşı irəliləyiş əldə edirik və layihə müəyyən etdiyimiz müddətlərdə həyata keçiriləcək".

Nikol Paşinyan Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kosun həmin beynəlxalq qurumun Ermənistanı Gürcüstanın və Türkiyənin elektrik şəbəkələrinə qoşulmasında dəstəkləməyə hazır olması barədə bəyanatını da məhz bu kontekstdən şərh edib. O, bildirib ki, "TRIPP yolu" layihəsi Ermənistan iqtisadiyyatının şaxələndirilməsinə və regional layihələrdeə iştirakına geniş imkanlar açır: "İrəvan Gürcüstanın və Türkiyənin elektrik şəbəkəsinə qoşulması təşəbbüslərini də dəstəkləyir və biz Avropa İttifaqının bu proqramında iştirakdan məmnunuq.

Baş nazir Ermənistanın Elektrik Şəbəkələri Şirkətinin yaxın vaxtlarda Rusiyanın idarəetməsindən çıxarılaraq  Avropa İttifaqının təklif etdiyi yeni mexanizmlərlə idarə ediləcəyinə dair məlumatları təkzib edib. Onun sözlərinə görə, elektrik şəbəklələrinin idarəçiliyində hər hansı dəyişiklik nəzərdə tutulmur: "Marta Kosunun bu bəyanatı Avropa İttifaqına elektrik enerjisinin idxalı və ixracı üzrə konkret proqramla bağlıdır və Ermənistanın Elektrik Şəbəkələri Şirkətinin gələcək idarəçiliyi ilə bağlı deyil".

Paşinyan onu da əlavə edib ki, Azərbaycanla sülh prosesinin irəliləməsi Ermənistana beynəlxalq diqqəti artırıb, İrəvanla əlaqələrin dərinləşməsinə maraq oyadıb. Onun sözlərinə görə, ötən ay Ermənistana gələn xarici turistlərin sayı rekord həddə çatıb ki, bu da Azərbaycanla sülh prosesinin irəliləməsi ilə əlaqəlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər